Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı aktyor: "Ruhəngiz xanım məni saymırdı"
31 İyul 2012 09:30
0 Şərh
Baxış: 12 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktyor Şamil Süleymanov "Baladadaşın ilk məhəbbəti"nin xatirələrini Milli.Az-a danışdı.
Dosye: Şamil Süleymanov 1955-ci il mayın 11-də Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirib. "Azərbaycanfilm" kinostudiyasının aktyoru kimi "Baladadaşın ilk məhəbbəti", "Babamızın babasının babası", "Bəyin oğurlanması", "Evlənmək istəyirəm", "Tütək səsi", "Üzeyir ömrü", "Əlvida, cənub şəhəri", "Günaydın, mələyim", "Ölüm növbəsi", "Əlavə təsir" və bir sıra digər filmlərdə çəkilib.
- Hər şey ondan başladı ki, Elçinin bu hekayəsi "Ulduz" jurnalında çıxdı. Və o saat da böyük səs-küy yaratdı. Bununla da filmin piarı artıq hazır oldu. Tamaşaçı klassik bir əsərin ekranlaşdırılmasını gözlədiyi kimi, bu filmi də gözləyirdi. Elə həmin vaxt Fikrət Əliyev Moskvada təhsilini bitirib Bakıya qayıtdı. Mən isə o vaxt İncəsənət İnstitutunun üçüncü kursunda oxuyurdum. Bir gün məni kinostudiyaya dəvət etdilər. Mən də özümü Alen Delon sayıb yəqin eləmişdim ki, kinostudiyada məni dərhal rola təsdiq edəcəklər. Yolda haraya getdiyimi soruşanlara da deyirdim ki, kinoya çəkilməyə gedirəm. Amma kinostudiyaya çatanda məni içəri buraxmadılar. Fikrət Əliyev buraxdırdı.
- Lap "Baladadaşın ilk məhəbbəti" filminin əvvəlində olduğu kimi - Hacıbaba Bağırovun qəhrəmanını "aerodrom" kepkada olduğu üçün içəri buraxmayanda sizin qəhrəmanınız dadına çatır.
- Ola bilər, bu sizin müşahidənizdir.
- O rola yeganə namizəd idiniz?
- Yox, yox. Mən heç fotosınaq çəkilişindən də keçmədim. Amma bu obraz mənə tanış idi. Abşeron bağlarında böyümüşdüm. Hekayənin isə hər sətrinə bələd idim. Fikrət Əliyev seçimini mənim üzərimdə saxladığı üçün bədii şuranı inandıra bildi və mən Baladadaş roluna təsdiq olundum. Çəkilişlərdə başa düşdüm ki, Stanislavskinin hiss-həyəcan məktəbi kinoda aktyorun dadına çatmır, sadəcə, buna macal qalmır. Amma mən kinonun bu intensiv iş prinsipinə vuruldum. Birinci nümayişdə Elçin ekrana baxırdı, mən də ona. Filmin bəxti bir də onda gətirmişdi ki, bədii rəhbər Həsən Seyidbəyli üç novellanı bir kinoalmanaxda birləşdirmişdi. (1974-cü ildə ekranlara çıxan "Ömrün səhifələri" adlı kinoalmanaxa "Rəqiblər", "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi" qısametrajlı filmləri daxildi. İntermediyanın müəllifi Həsən Seyidbəyli, baş operatoru Arif Nərimanbəyovdu - red.).
- Elçin müəllimin ilk reaksiyası necə oldu?
- Ruhəngiz Musəvinin oynadığı Sevinc obrazının portretini oğurlayandan sonra Baladadaşın qaçmağı çox xoşuna gəlmişdi. Mən o qaçışı Novxanı bağlarında bir yeniyetmə oğlanda görmüşdüm. Bu filmin ən qabarıq xüsusiyyətlərindən biri dərin mətləbləri adi dildə başa salmağındadır. Həmin ovqat çəkiliş meydançasında da hökm sürürdü. Xüsusən Mirvari Novruzovanın timsalında. O, qətiyyən özünü tanınmış aktrisa kimi aparmırdı. Adam ona xalası, bibisi kimi baxırdı. Ona baxa-baxa fikirləşirdim, necə olub ki, mənim xalam, bibim də aktrisa olmayıblar. Adi tərzdə, səmimi söhbətlər edirdi, çay dəmləyirdi, yeməyimizə fikir verirdi. Bir dəfə Ruhəngiz mənə dedi ki, elə bilirsən, Mirvari xanımın xarakteri sadə davranışı ilə bitir? İki aydır, onunla bir otaqda qalıram, o gün bu qadını yenidən kəşf etdim, gecə gördüm ki, yuxuda rolunu məşq edir. Biz bunu Mirvari xanıma deyəndə cavab verdi ki, elə bilirsiz, mən yatmışdım, gözlərimi yumub məşq edirdim.
- Əsas tərəf-müqabiliniz olan Ruhəngiz xanımla kontakt necə alındı?
- Ruhəngiz xanım məni saymırdı. O vaxt o, Mahnı Teatrının solisti idi, özü də çox gözəl idi. Çəkilişdən əvvəl hər kirpiyinin üstündə bir neçə dəqiqə əlləşirdi. Sonra da bir xeyli güzgüyə baxırdı ki, görsün, necə alınıb. Çəkiliş meydançası elə yerdir ki, mən bunları istər-istəməz görürdüm. Amma anası qızının kinoya çəkilməyini qəbul eləmirdi. Özü həkim idi, çox ciddi qadın idi.
Günlərin bir günü növbə gəlib çatdı çimərlik epizodunun çəkilişinə, Ruhəngizin anasından icazə almağa məni göndərdilər. Getdim evlərinə, qapını açanda özümü təqdim eləyib dedim ki, Ruhəngiz xanımın çəkildiyi filmdə Baladadaş rolunu oynayan mənəm. Hiss elədim ki, qadın təəccübləndi, gördü ki, onun təsəvvür elədiyi aşiq qəhrəman obrazından uzağam. Dedim ki, zəhmət olmasa, Ruhəngiz xanıma çatdırın, sabah çəkilişə gəlsin. Sonra da soruşdum ki, yadınızdan çıxmaz ki? Gülümsəyib dedi ki, daha dağdan ağır kişi gəlib, necə yadımdan çıxa bilər? İkimiz də güldük. Sonra biz Ruhəngiz xanımla dostlaşdıq. O, əsl Azərbaycan qadınıdır.
- Birinci hansı epizod çəkildi?
- Birinci elə ilk epizodlardan biri çəkildi - yük maşını keçir, Baladadaş da dayanıb baxır.
- Siz Baladadaşa nə verdiniz və Baladadaş sizə nə verdi?
- Mənim Baladadaşa nə verdiyimi tamaşaçılar yaxşı bilərlər. Baladadaş isə mənə onu verdi ki, bu günə qədər məni Baladadaş kimi tanıyırlar. Hətta həccə gedəndə də adımı məşədi Baladadaş çağırırdılar. Halbuki elə ekranda bir neçə Şamil adlı obrazım var. Amma Baladadaşın yeri, görünür, tamam ayrıdır. Onun sayəsində mən bu gün "Mahmud və Məryəm", rejissoru tələbə "Oskar"ına layiq görülən "Tabutdüzəldənin yelləncəyi" kimi kinolayihələrə cəlb olunmuşam. Ümumiyyətlə, tələbə ola-ola baş rola təsdiq olunmaq, özü də o cür ssenarisi olan bir filmə, peşəkarların toplaşdığı yaradıcı heyətin üzvünə çevrilmək böyük şans idi.
Samirə Behbudqızı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
XƏBƏR LENTİ
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb
-
3 yaşlı qızını girov götürən ata zərərsizləşdirildi - FOTO
-
Yasamalda söküntü ilə bağlı yayılan iddialara rəsmi cavab verildi - FOTO
-
Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK
-
Trampın təklifi ABŞ-də sistemi dəyişə bilər
-
Ayın 6-da leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
Türkiyədə azərbaycanlı qadınlar güllələndi, biri öldü - FOTO
-
İçərişəhərdə şortik davası: "Səni bu məhlədə bir də görməyim" - VİDEO
-
Binədə mağazada YANĞIN
-
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
-
Hasan Can Kaya ABŞ-də evləndi - FOTO
-
Bu da yeni 100 manat - VİDEO
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək
-
Azərbaycanda siqaret BAHALAŞIR? - 30 qəpik…
-
Trampdan İrana sərt mesaj
-
Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
-
İran ABŞ bazalarını raketlərlə vurdu - Regionda gərginlik artır
-
Gənc futbolçu zədə səbəbindən dünya çempionatını buraxacaq
-
Bakıda söküləcək ərazilər məlum OLDU
-
Məşhur aktyor vəfat etdi - FOTO
-
Bitkoinin qiyməti görün hardan hara düşdü