Mədəniyyət

"4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO

25 Mart 2025 16:37
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Alioglu Media Group" komediya janrında yeni film istehsal edib. "4 Təkər" filmin təqdimatı 1 aprel, saat 19:00-da Park Cinema Flame Towers-də baş tutacaq. Aprelin 3-dən etibarən ölkənin bütün kinoteatrlarında yayımlanacaq.

Tamaşaçılar, hər səhnəsi gülüş dolu olan bu filmi ailəsi ilə rahatlıqla izləyə biləcəklər. Film məcara komediya janrındadır. Komediya janrında olsada filmdə marifləndirici mesajlar yer alıb. Mesajlardan biri odur ki, qumar oyunlarına meyl göstərənin və qanunsuz işlər görmək istəyənlər aqibəti necə olur.

Filmin quruluşçu rejissoru və baş prodüseri Amil Ali, ssenari müəllifləri Məcid Hüseyinov və Tərlan Nur Yaşar, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elnarə Səfərovа, montaj rejissoru Firdovsi A.Nəbiyev, bəstəkarı Behsat Məlikzadədir. Filmdə Məcid Hüseyinov, Tərlan Nur Yaşar,  Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbinəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt, Səmimi Fərhad və başqaları rol alıb.

Sujet: Xəqəni sevdiyi qızın ailəsinə məxsus klassik avtomobili təmir üçün aparır. Bu maşının Nüşabənin atası Səlim üçün ayrı dəyər var. Atasının Xəqanidən xoşlanmadığını bilən Nüşabə maşını təmir etdirmək üçün Xəqaniyə pul yığıb verir ki, Xəqaninin adı ilə sürpriz etsin. Amma Xəqani bütün ümidləri puç edib maşını qumarda uduzur. Onun dostları avtomobili geri qaytarmaq üçün Xəqaniyə kömək edir. Amma bu dəfə hər şey asan olmur. Çünki qarşılarında qumarxana sahibi qəddar və hiyləgər Şahmar var. Dörd dost Xəqaninin qumara olan borcunu tapmaq məqsədi ilə bir yola çıxırlar, bu yolda onları çətin anlar və məcara dolu hadisələr gözləyir..

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.