Mədəniyyət

Xalq artisti: "Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm"

24 Mart 2025 15:40
Baxış: 2 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib-gedir, darıxmıram".

Milli.Az xəbər verir ki, bunu Musavat.com-a Xalq artisti Ofeliya Sənani deyib. Diktor bildirib ki, hazırda müalicəsini davam etdirir:

"Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam".

Xatırladaq ki, 84 yaşlı Xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.