Mədəniyyət

Akademik Musiqili Teatrın aktyorlarının ifaları muzeydə alqışlarla qarşılandı - FOTOlar

15 Mart 2025 13:51
Baxış: 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın 140 illik yubileyi və onun müəllifi olduğu "O olmasın, bu olsun" operettasının 115 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Milli.Az xəbər verir ki, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Prezident mükafatçısı Səmədzadə Xasiyev və aktrisa Aydan Həsənovanın "O olmasın, bu olsun" musiqili komediyasından təqdim etdikləri səhnələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Muzeyin direktoru Xalq artisti və bəstəkar Sərdar Fərəcov uğurlu əməkdaşlığa görə Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirərək yaradıcı heyəti "Təşəkkürnamə" ilə təltif edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.