Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalinin təntənəli bağlaniş mərasimi baş tutub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.
Gecəni giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov açaraq festivalın əhəmiyyətindən bəhs edib. O, Gəncə Dövlət Filarmoniyasının 90 illik yubileyi münasibətilə musiqi ictimaiyyətini təbrik edib.
Bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin müşayiəti, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Xalq artistləri Gülnaz İsmayılova, Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Aybəniz Haşımova, Ehtiram Hüseynov, Tural Abdullayev, Səidə Tağızadə(fortepiano),Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərovun ifasında "Azərbaycan elləri", "Sevil" operasından Dilbərin mahnısı, "Gözün aydın" musiqili komediyasından "Baharımsan", "Dağlar qızı reyhan", "Kor ərəbin mahnısı", "Mən səni araram", "Evləri var xana-xana" xalq mahnısı, "Baharımsan", "Ulduz" romansları, Fortepiano və orkestr üçün Ərəb mövzularında konsert (I hissə) səsləndirilib.
Həmçinin orkestrin ifasında "Azərbaycan süitası", "Azərbaycan kapriççiosu" tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı 4-9 mart tarixlərində ölkəmizdə ilk dəfə keçirilib. Festival çərçivəsində Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş elmi seminar, bəstəkarın əsərlərindən ibarət konsert proqramları, "Sevil" operası, "Min bir gecə" baleti təqdim olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





