Mədəniyyət

“KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - VİDEO - FOTO

14 Fevral 2025 18:31
Baxış: 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 13-ü Park Cinema Flame Towers kinoteatrında "Kapitan Amerika: Yeni Dünya" filminə həsr olunmuş "Kep Parti" adlı möhtəşəm Xüsusi Nümayişi keçirilib.

Xüsusi Nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Qonaqlar dadlı yemək yeyib içkilərin dadına baxdılar, ətrafda əsl Marvel atmosferi yaradılmışdır. Hər yeri Kapitan Amerikaya həsr olunmuş monitorlar əhətə edirdi eləcə də qonaqları valeh edən 3 metr hündürlüyündən Qırmızı Halkın heykəli dayanmışdır.

Öncə ənənəvi olaraq Park Cinema tərəfindən xüsusi şou təqdim olundu. Şouda canlı orkestr, müğənni Vlada Axundova, rəqqaslar, "Xüsusi Təyinatlı" əsgər və heç kimin gözləmədiyi xüsusi qonaq Taleh Yüzbəyov iştirak etdi.

Orada Taleh 13 martda çıxacaq "Artbakers" kompaniyası tərəfindən istehsal olunmuş yeni "Bəlkə də" adlı qeyri adi filminin anonsunu elə baş rol obrazında təqdim etdi. Süjetə görə Azərbaycanlı professor zaman maşınını yarada bilir və tarixi şəxslərlə üzləşir. "Bəlkə də" filmi 13 martdan etibarən Park Cinemada nümayiş olunacaq.

Bundan sonra səhnəyə təntənəli şəkildə gecənin ulduzu Kapitan Amerika gəldi və möhtəşəm şou göstərdi. Daha sonra tamaşaçılar filmi IMAX formatında izlədilər.

"Kapitan Amerika: Yeni Dünya" filmi Park Cinemada türk, ingilis və rus dillərində, eləcə də ölkənin ən böyük ekranı IMAX-da nümayiş olunur. Linkə keçid edərək, biletlərinizi əldə edə bilərsiniz.

Biletlər:

https://parkcinema.az/movies/view/14689/kapitan-amerika-yeni-dunya

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.