Mədəniyyət

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO

10 Fevral 2025 16:12
Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Öncəliklə musiqişünas, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə konsertlə bağlı dinləyiciləri məlumatlandırıb.

Dirijor Elşad Bağırovun rəhbərliyi və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano) və Mahir Tağızadə (bariton) musiqisevərlər qarşısında çıxış edib.

Proqramda Q.Qarayevin "İldırımlı yollarla" baletindən süita, "Alban rapsodiyası", "Çılğın qaskoniyalı" müziklından Roksananın ariozosu və Sirano və Roksananın dueti səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.