Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalareyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə kitab mütaliəsinə rəng qatan illustrasiya ənənəsini unutdurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş "MÜTALİƏ RUHU" adlı respublika yaradıcılıq müsabiqəsinin yekun sərgiləri 21-25 yanvar tarixlərində növbəli şəkildə Xətai Sənət Mərkəzində açıldı.
Təqdim olunan əsərlərin böyük əksəriyətində xalqımızın ruhunu oxşayan, fərdi, ənənəvi, Azərbaycana xas, müasir-avanqard yanaşmalarla uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin, təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür texnikası yönümlü əsərlər çoxluq təşkil edirdi.
Müəlliflər arasında uşaqlar, yeniyetmələr, gənclər və yuxarı yaş qrupunun nümayəndələri, həmçinin, tədbirin qaydalarına uyğun olaraq müəllim və valideynlərlə ortaq yaradılmış əsərlərlə qoşulanlarda yer aldı.
Sərgilərdən seçilmiş 100 əsər Mərkəzinin "Miniatür və ilüstrasiya" guşəsində hissə-hissə sərgilənməsi və bir respublika səviyyəli tədbirdə daha geniş ictimayətə təqdim olunması nəzərdə tutulmuşdur.
Həmçinin, 100 əsərin müəllifləri arasında I,II,II yerlər, həvəsləndirici və nominasya mükafatları təqdim olunacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az