Mədəniyyət

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO

13 Yanvar 2025 16:41
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.

Proqramda W.A.Mozart  "Fiqaronun toyu" operasından uvertüra, J.Haydn 1 nömrəli simfoniya və L.v.Beethoven 3 nömrəli "Qəhrəmani" simfoniyası səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.