II CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu Fikir çəkmə, telefona çək!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
II CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb. Bu barədə festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib: "Artıq həm beynəlxalq, həm də yerli müsabiqələr üzrə Münsiflər Heyəti səsverməni başa çatdırıb. Təşkilat Komitəsi səsvermənin nəticəsi əsasında qalibləri müəyyən edəcək. Hər zaman olduğu kimi bu il də festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə münsiflərin adını yalnız səsvermədən sonra açıqlayırıq. Həmçinin, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz onlayn qaydada səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edib. Münsiflər Heyətinin tərkibi ilə artıq festivalın saytında tanış olmaq mümkündür. İştirakçılara uğurlar arzulayıram!"
Xatırladaq ki, festivalda filmlər beynəlxalq və yerli nominasiyalar üzrə iştirak etmişdir:
- Beynəlxalq: Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi klipi, "CINEMO TikTok".
- Yerli (yalnız Azərbaycan): Ən yaxşı bədii film, Ən yaxşı sənədli film, Ən yaxşı sosial çarx.
SBRLY tərəfindən keçirilən "Fikir çəkmə, telefona çək" sloqanlı II CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və TikTok platformasının dəstəyi ilə keçirilir.
Qaliblərin Mükafatlandırma Mərasimi Mərkəzi Asiya və Qafqaz üzrə TikTok yayımçıları icmasının rəsmi səhifəsində https://www.tiktok.com/@tiktoklive_eecca canlı yayımlanacaq.
Təqdim edilmiş filmlər arasından Münsiflər Heyəti qalibləri müəyyən edəcək. Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı





