Mədəniyyət

Dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqin mədəni sərvəti" layihəsinin bağlaniş mərasimi baş tutub - FOTO

8 Noyabr 2024 16:05
Baxış: 2 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.

Konsert proqramında  Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romanslarını,  Cakomo Puççininin "Toska", "Bohema", "Edqar" operalarından ariyalar ifa ediblər.

İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.