Azərbaycan Milli Xalça Muzeyinin xovlu xalçalar kolleksiyası növbəti dəyərli sənət nümunəsi ilə zənginləşdi. Birinci Qarabağ müharibəsi veteranı, polkovnik Ağalar Əliyev XX əsrin əvvəllərinə aid "Balıq" xalçasını muzeyə hədiyyə etdi.
A.Əliyev onun 1896-cı ildə dünyaya göz açan nənəsi Xurşud Əliyevanın anadan olması şərəfinə Şuşada toxunduğunu və ailə qurarkən ona cehiz verildiyini bildirdi: "Bu xalça bizə dünyadan köçən doğmalarımızdan yadigar qalan qiymətli, əziz xatirə əşyasıdır. Belə qərara gəldim ki, onun ən etibarlı şəkildə qorunacağı yer bizim ev deyil, məhz Azərbaycan Milli Xalça Muzeyi ola bilər".
Muzeyin direktoru Əminə Məlikova Ağalar Əliyevə nəcib davranışına görə minnətdarlığını bildirdi. Xalçanın üzərində muzeyin mütəxəssisləri tərəfindən konservasiya işləri aparılacağını və burada yüksək səviyyədə mühafizə olunacağını dedi. Əminə xanım 1967-ci ildə Azərbaycan Milli Xalça Muzeyinin əldə etdiyi ilk eksponatın da məhz "Balıq" xalçası olduğunu xatırladıb.
Sonra Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Xədicə Əsədova "Balıq" xalçası haqqında məlumat verdi: "Bu Azərbaycanda çox məşhur olan nümunələrdəndir. "Balıq" xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində toxunsa da, onun əsas istehsal mərkəzi Bərdə şəhəri olub. XX əsrdən isə Şuşada toxunan xalçaların 70 faizini "Balıq" çeşnili xalçalar təşkil edib. Üzərindəki qövs formalı ləçəklərə görə belə bədii quruluşlu xalçalar Cənubi Azərbaycanda "Mahi" (balıq) adlandırılıb".
Mədəniyyət
Ağalar Əliyev “Balıq” xalçasını Xalça muzeyinə hədiyyə etdi - FOTO
13 Oktyabr 2024 15:34
Baxış: 495
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
- Ağalar Əliyev “Balıq” xalçasını Xalça muzeyinə hədiyyə etdi - FOTO
- Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş unikal "Çölün ruhu" xor musiqisi konserti keçirilib - FOTO
- Nurəddin Mehdixanlı "Ramiz Rövşənin poeziya dünyası" yeni yaradıcılıq proqramı ilə çıxış edəcək
- Gəncə Dövlət Filarmoniyasinda Ramiz Mirişlinin 90 illiyi qeyd olunacaq - FOTO
- Bu gün Nobel alan yazıçı: İlk bu romanımı oxuyun!
- Gəncə Dövlət Filarmoniyasının solistləri Bakida izdihamla qarşılanıb - FOTO
XƏBƏR LENTİ
- İnstaqram paylaşımından milyon qazanır
- Qərb Rusiya ilə bağlı bizə göstəriş verməsin - Japarov
- Ən çox pul xərcləyən bürclər - SİYAHI
- ABŞ İsrailə müdafiə sistemləri verəcək
- Canlı efirdə aparıcının başına iş gəldi - VİDEO
- Azərbaycanlı tanınmış müğənni hər iki valideyinini İTİRİB - Ağır xəstəlik... - FOTO
- Paşinyan Bakıdan bunu istəmir, 3 ölkə isə əl çəkmir
- Emin Cəfərquliyev: "Qələbə qazanmağa çalışacağıq"
- Müğənni Bakıda yolu keçərkən HƏYATINI RİSKƏ ATDI - Onu bu şəxs "XİLAS ETDİ" - FOTOlar
- Fernandu Santuş: "İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim, yerinə yetirilmədi"
- Türkiyədə hava limanına ildırım düşdü: yaralanan var
- Kritik 4 ay: dünya müharibəsi başlaya bilər - Tramp
- Səhnədə Murat Boza hörmətsizlik - VİDEO
- Bakıda avtobus zolağında dayanan YPX çətinlik yaratdı - VİDEO
- Suada: "Nəvənizə yaxşı baxacağam" - FOTO
- Ermənilər yalnız bu halda Qarabağa qayıda bilər - Xaçatryan
- "Volkswagen"dən yenilik - 8 yeni elektrik avtomobil gəlir
- İran yenə qonşularını hədələdi: Vuracağıq!
- Ağalar Əliyev “Balıq” xalçasını Xalça muzeyinə hədiyyə etdi - FOTO
- Usta parketin altından 80000 dollar tapdı, görün nə etdi - FOTO
- Netanyahu BMT Baş katibinə çağırış etdi: Dərhal...
- 3 bürc varlı olmaq üçün doğulub - Pulu özünə çəkirlər
- İtaliyada oteldə yanğın - 2-si uşaq olmaqla 45 nəfər zəhərlədi
- Müdafiə Nazirliyi xəbərdarlıq etdi - Sabahdan ayın 18-nə dək...