Ədəbiyyat üzrə 2024-cü il Nobel mükafatı laureatı, Cənubi Koreya yazıçısı Han Qanq ilk açıqlamasını verib.
Milli.Az kult.az-a istinadən xəbər verir ki, yazıçı yüksək mükafata görə minnətdarlığını bildirib.
"Mən bu mükafatı almaqdan şərəf duyuram və sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm", - bunu Han Qanq Nobel Komitəsinin nümayəndəsi ilə söhbətində bildirib.
Yazıçı oxucularına onun yaradıcılığı ilə tanış olmaq üçün 2021-ci ildə nəşr olunan "Əlvida demirəm" adlı son romanı ilə başlamağı tövsiyə edib.
Qeyd edək ki, 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Qanqa verilib. Yazıçı bu mükafata güclü poetik nəsrinə görə layiq görülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun