Bu gün Nobel alan yazıçı: İlk bu romanımı oxuyun!

11 Oktyabr 2024 07:30

Ədəbiyyat üzrə 2024-cü il Nobel mükafatı laureatı, Cənubi Koreya yazıçısı Han Qanq ilk açıqlamasını verib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, yazıçı yüksək mükafata görə minnətdarlığını bildirib.

"Mən bu mükafatı almaqdan şərəf duyuram və sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm", - bunu Han Qanq Nobel Komitəsinin nümayəndəsi ilə söhbətində bildirib.

Yazıçı oxucularına onun yaradıcılığı ilə tanış olmaq üçün 2021-ci ildə nəşr olunan "Əlvida demirəm" adlı son romanı ilə başlamağı tövsiyə edib.

Qeyd edək ki, 2024-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Qanqa verilib. Yazıçı bu mükafata güclü poetik nəsrinə görə layiq görülüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun