Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasinda Xalq Artisti Səid Rüstəmov yad edilib - FOTO

30 Sentyabr 2024 17:53
Baxış: 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmovun əsərlərindən ibarət konsert proqramı baş tutub.

Gecədə Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və baş dirijorluğu, Xalq Çalğı Alətlərinin müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar  artistlər Tural Abdullayev, Mahir Məmmədov, solistlər Azər Verdiyev,  Fuad Ramazanov, Samirə Hacıyeva, Zəminə Mustafayeva, Xəyal Əliyev, Rüstəm Cəfərov bəstəkarın "Durna" operettasından Lalənin mahnısını, "Hardasan", "Getmə", "Həkim qız", "Haralısan", "Şeir deyilmi", "İntizar", "Qurban adına", "Alagöz", "Bilmədim", "Gəlmədin", "Oxu gözəl" əsərlərini ifa ediblər.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.