- Müsabiqədən əvvəl də uğurlarım çox olub. Bir müddət əvvəl Bakıda səhnələşdirilmiş "Noterdam de Paris" müziklında iştirak etmişəm, müsabiqələr, verilişlər, mahnılar, musiqiçilər - bütün bunlar mənim həyatımda var idi. Sadəcə olaraq, müsabiqəyə qatıldıqdan sonra geniş tamaşaçı kütləsi məni tanıdı. Hazırda həm də "Aypara" qrupunda, caz mərkəzində oxuyuram.
- Sizdəki məqsədyönlülüyə, əzmə qibtə etmək olar. "Eurovision"da qarşılaşdığınız uğursuzluqlara baxmayaraq, hər il milli seçim mərhələsində iştirak edirdiniz. Nə vaxtsa qalib gələcəyinizə inanırdınızmı?
- Mən bunu uğursuzluq adlandırmazdım. Uğur hədəfi dəqiq vurmaqdır, əgər yanılırsansa, bundan nəticə çıxarırsan, geri qayıdırsan, yenidən nişan alırsan və hədəfi vurursan! Bəli, məqsədimə çatmaq üçün tələb olunan bacarıqlara malik olduğumu bilirdim. Ona görə də ruhdan düşmürdüm və yenidən müsabiqəyə qatıldım.
- Siz beynəlxalq müsabiqələrdə hər zaman müvəffəqiyyət qazanırsınız. Yəqin ki, bu işin uğur düsturun bilirsiniz...
- Mən zövqümü, arzu və prinsiplərimi dəyişmirəm, uğur düsturum bundan ibarətdir....
Milli.Az
Müsahibənin tam mətnilə jurnalın növbəti nömrəsində tanış ola bilərsiniz.



