Mədəniyyət

Musiqi kollecinin tələbələrinin konserti keçirildi - FOTO

5 May 2024 15:04
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin tələbələrinin Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konserti keçirilib.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev və dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları İradə Məmmədova (qiraət), Ayxan Məmmədov (tar), Mehdi Sadıqzadə (tar), Məryəm Rüstəmli (kamança), Aydan Əlizadə (kamança), Jalə Həsənzadə (qanun), Leyla Abdurrəhimova (xanəndə), Ayşə Məmmədova (vokal), Sunay Hacıyeva (xanəndə), İsgəndər Muxtarov (klarnet), Ayşə Məmmədova (piano) və Kollecin Nəfəs alətləri ansamblı çıxış ediblər.

Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.