Mədəniyyət

Fidan Hacıyevanın "Gənc opera ulduzları" konserti keçirilib - FOTO

30 Aprel 2024 09:11
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasının səhnəsində "Gənc opera ulduzları" konserti keçirilib.

Xalq Artisti, dirijor Cavanşir Quliyevin rəhbərliyi altında Mezzo Kamera Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin gənc istedadları və Xalq Artisti Fidan Hacıyeva çıxış ediblər. Axşamın maraqlı məqamlarından biri də xor kafedrasının dosenti Leyla Zalıyevanın rəhbərlik etdiyi Milli Konservatoriyanın xorunun 90 vokalçıdan ibarət iştirakı idi! Çıxışlar tamaşaçıların alqışları altında keçirilib, iştirakçılara fəxri diplomlar təqdim olunub. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı,dünya klassik musiqisinin inciləri səsləndiriləcəkdir.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.