Ölkə

2023-cü ildə Azərbaycanda abortların sayı açıqlandı

17 May 2024 15:25
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

5-17 yaş üzrə 68, 18-19 yaş üzrə 2528, 20-24 yaş üzrə 12315, 25-29 yaş üzrə 22140, 30-34 yaş üzrə 22306, 35-49 yaş üzrə 14376 abort faktı qeydə alınıb.

Həmçinin bildirilib ki, abortların ümumi sayında dərmanla aparılanların sayı 630, birinci hamiləliyin pozulması ilə nəticələnənlərin sayı isə 2203 olub.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 58 min abort qeydə alınıb. Onlardan 14 min 900-ü mini abort, 500-ü dərman vasitələri ilə aparılan abortlar olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.