İsmayıl Hacıbəyovun yaradıcılıq gecəsi keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi olan "Muzeydə Musiqi Gecələri" çərçivəsində növbəti portret-konsert keçiriləcək. 1 aprel saat 19:00-da Muzey Mərkəzində (III mərtəbə, akt zalı) baş tutan portret-konsert bu dəfə bəstəkar İsmayıl Hacıbəyovun (1949-2006) yaradıcılığına həsr olunmuşdur.
İsmayıl Hacıbəyov neoklassisizmi yaradıcılığının ayrılmaz keyfiyyətlərindən birinə çevirmiş, ona qarşı fərdi münasibətini formalaşdırmağı bacarmış Azərbaycan bəstəkarıdır. Aşıq musiqisinin daxili filtrasiyası, eyni zamanda bəstəkarın mükəmməl mənimsədiyi Qərbi-Avropa musiqisinə xas polifonik üslub və metodlarının sintezi nəticəsində "neoklassisizm" onun yaradıcılığında özünəməxsus saflıqla, büllur halında təzahür etmişdir. Q.Qarayevin sinfində bəstəkarlıq təhsili almış Hacıbəyov 1974-cü ildən ömrünün sonuna qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıqdan dərs demişdir. İ.Hacıbəyov "Albomdan səhifələr", "Üç idilliya", "Konsertştük", "İstəklər", "Konsertino", simfonik orkestr üçün "Naxışlar" və musiqi irsimiz üçün əhəmiyyətli sayılacaq bir sıra digər əsərlərin müəllifidir. Onun Ü.Hacıbəyovun "Cəngi" əsərinə müraciətlə yazılmış "Cəngi" fortepiano rapsodiyası milli neoklassisizmin parlaq nümunəsi hesab olunur. Bu konsertdə bəstəkarın kamera əsərləri ifa olunub.
Qeyd edək ki, "Muzeydə Musiqi Gecələri" layihəsinin əsas məqsədi Azərbaycan bəstəkarlarının portret-konsertlərini təşkil edərək onların yaradıcılığının xüsusiyyətlərini işıqlandırmaq, beləliklə müəllif musiqisinin təqdimatına daha çox zaman ayırmaq və bu minvalla ölkəmizdə keyfiyyətli musiqinin auditoriyası quruculuğu proseslərinə töhvə verməkdir. Artıq layihə çərçivəsində Azərbaycan bəstəkarları Tahir İbişov, Rəhilə Həsənova və Xəyyam Mirzəzadənin portret-konsertləri keçirilmişdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı





