Flora Kərimova Zeynəb Xanlarovanın müdafiəsinə qalxdı: “Bir az yaşlanıb, düşüb deyə...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son 3-4 gündür sosial şəbəkələrdə Xalq artisti Zeynəb Xanlarova müzakirə olunur - geyimi, ifası, bir sözlə, ona qarşı sözün əsl mənasında hücuma keçiblər. Bu hücumçular isə daim kin qusanlardır. Həmrəylik Günündə də parçalanma yaratmağa can atanlar. Deyişməçilər arasında etik normaları aşıb yaş məsələsinə ilişənlər də var. Sanki "səni səhnəyə çıxdığına peşiman edəcəyəm" deyib heç bir sərhəd tanımadılar.
Uzun müddətdən sonra səhnəyə çıxan, bizim üçün oxuyan Xalq artistinə qarşı bu sərhədsizlik nədən qaynaqlanır?
Məsələyə münasibət bildirən Xalq artisti Flora Kərimova musavat.com-a açıqlamasında qeyd edib ki, millət vaxtında Zeynəb Xanlarovanın qiymətini verib, sevgisini bölüşüb:
"Yaşa dolmaq fizikidir. Sən hələ onun yaşına çat, onun etdiklərini et, onun oxuduğunu oxu, sonra dilin 1 metr çıxsın. Yaş Allahın mükafatıdır. Gözümüzü açandan Zeynəb Xanlarovanın çıxışını gözləyirdik ki, o oxuyacaq. İndiyə qədər etdikləri heçmi oldu? Budur qədirbilən millət? Bu, millət deyil, kütlədir. Millət vaxtında onun qiymətini verib, sevgisini bölüşüb. Mən o cür danışanlara ad da tapa bilmirəm. Yenə deyirəm, danışan getsin özündən danışsın. O yaşa çatsın, onun yaşadığını görsün. Səhnədə hər insanın həyatı hamar olmur. Danışan onun kimi övlad böyütsün, torpağına onun kimi övlad bağışlasın. Ondan sonra danışsın. Mən yaşlıyam deyə heç kimə lazım deyiləm? Bəs indiyə qədər Zeynəb Xanlarovanın etdiklərinin hamısı havadadır?
Hazırda Zeynəb Xanlarovanın dəymədüşər vaxtıdır. Onun xətrinə dəyməyin. O, əziyyət çəkib. Bu adam Azərbaycana məxsusdur, azərbaycanlıdır. Xalqın adını daşıyan bir müğənnidir. Onu söyməklə nəyə nail olursunuz? Əgər Zeynəb xanım AzTV-nin Yeni il konsertində fonoqram oxuyubsa, zamanın uğurlu mahnılarını ifa edib. Necə olur 30 il əvvəl sən o mahnını Zeynəb Xanlarovanın ifasında qəbul edirdin, bəs indi nə dəyişib onun ifasında? Yeni ifa deyil ki, deyəsən pis oxudu. O zaman sən ona qiymət verdin, alqışladın, indi isə yaşlanıb deyirsən. Yaşlılar özlərini assınlar? Mənim 83 yaşım var.
Sənətkarı tapdalamaq olmaz. Bu adam ad qazanıb, sevgi qazanıb, Şövkət Ələkbərova kimi alqışların, gül-çiçəyin içərisində yaşayırdı. Bir az yaşlanıb, düşüb deyə belə davranmaq olmaz. O zaman Bülbülü də, Rəşid Behbudovu da, Xan Şuşinskini də saymayaq. Yadımdadır, Seyid Şuşinskini küçədə yuxu tuturdu, ancaq Seyid müəllim gələndə hamımız ayaq üstə dururduq, bilmirdik hara girək onun zəhmindən. Xana, Zeynəb Xanlarovaya baxıb sənət irəli gedirdi. İndi xoşlarına gəlmir. Nədir? - Düşüb?"
Flora Kərimova bildirib ki, bu, bir müğənni kimi Zeynəb Xanlarovaya olan qiymət deyil:
"İnsanların aqressiyasına gəlincə, sadəcə, Zeynəb xanım danışanda düşünməyib danışır. Ondan inciyiblər, küsüblər. Bu etiraz müğənni Zeynəb Xanlarovaya yox, vaxtında sözünü deyə bilməyən keçmiş millət vəkili Zeynəb Xanlarovanın simasına deyilir. Onsuz da bir müğənni kimi onu gözdən sala bilməyəcəklər.
Sizin göstərdiyiniz bu təşəbbüs qeyrətli insanın təşəbbüsüdür. Çünki bir azərbaycanlı kimi sizin qeyrətiniz kütlənin bu sözlərini qəbul etmir. Vaxtında Zeynəb Xanlarovanı baş tacı kimi gəzdirirdilər, indi nə oldu?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





