İbrahim Həsənov və Ruhulla Həsənzadənin “Metamorfik bağlar:70/30” yubiley sərgisi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Muzey Mərkəzində tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin "Metamorfik bağlar:70/30" adlı yubiley sərgisi keçirilib.
Belə ki, bu il rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olur.
İbrahim Həsənov sənətsevərlər arasında çox şaxəli rəssam və heykəltaraş kimi tanınır. Onun yaradıcılıq bioqrafiyası müxtəlif istiqamətlərdə aparılan axtarışlar zəminində formalaşıb.
1990-cı ildə Bakıda onun ilk fərdi sərgisi təşkil olundu. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika və yaradıcılığına yeni bir nəfəs gətirən sənətşünasların dili ilə desək "yumşaq heykəltaraşlıq" janrı sənətsevərlərin marağına səbəb olmuşdur. Norveçdən, Almaniyadan, qardaş Türkiyədən və digər ölkələrdən bu janra böyük maraq göstərilirdi.
Sənətkarın ikinci fərdi sərgisi 1991-ci ildə London şəhərində baş tutdu. Nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alınmışdır. 1991- ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü olur. 1995-ci ildə Türkiyənin baş naziri Tansuçillər onu şəxsən Türkiyədə iş birliyinə, orada yaşayıb yaratmağa dəvət etmişdir.
Rəssamın emalatxanasında çoxlu proektlərə, eskizlərə rast gəlmək olar. "Nuru Paşa və onun İslam ordusu"na həsr olunmuş kompleks layihəsinə, bir çox sərgilərdə sərgilənmiş Azərbaycan əsgərinə həsr olunmuş "Təcavüzə son" layihəsi, Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynəlabdin Tağıyev kimi digər layihələri də görmək olar.
İbrahim Həsənovun bir çox yaradıcılıq əsəri xarici ölkələr tərəfindən alınıb və bir neçəsi şəxsi kolleksiyalarda saxlanılır. Daşdan yonulmuş "Gözləmə" əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır.
Bu təvazökar, qaynar təbiətli rəssam həm də xeyriyyəçi rəssam kimi də tanınır. Belə ki, o bir neçə qarabağ müharibəsi şəhidlərinin büstləri- ni təmənnasız həyata keçirmişdir. Buna misal olaraq Qəbələ şəhərində Mübariz İbrahimovun büstü, Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə yüksələn böyük abidə və sair kimi xeyriyyə əməlləri onun nə qədər vətən- pərvər, kamil rəssam təfəkkürünə, geniş dünya görüşünə sahib olmasıdır.
Azərbaycanın bir çox şəhər və rayonlarında sənətkarın monemental əsərlərinə rast gəlmək olar. Son illərdə olan görkəmli publisist şair Mirzə Ələkbər Sabirin 3 metrəlik heykəli şairin ev muzeyinin önündə qoyulmuşdur. 2018-ci ildə Mehdiabad qəsəbəsində atçılıq klubu önündə ucalan əzəmətli kompazisiyaya rast gələ bilərsiniz .
Ruhulla Həsənzadə rəssamlıq, heykəltəraşlıq, illüstrasiya və konseptual incəsənət sahəsində geniş tanınan Azərbaycanın aparıcı gənc rəssamlarından biridir. Bakıda rəssam ailəsində dünyaya göz açan (1993) Ruhullada rəsmə həvəs yaranıb. 2005-ci ildə əsəri ilk dəfə ictimai sərgidə nümay iş etdiriləndə onun cəmi 12 yaşı vardı. Bir neçə ay sonra Ruhulla "XXI əsrin istedadları" adlı kitabda yer alır. 2018-ci ildən Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür və ilk əsərləri Belçika, Rusiya və Türkiyədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir. Yerli və əcnəbi rəssamlarla işləyən Ruhulla İçərişəhərdə (Bakının YUNESKO siyahısında olan İçərişəhər) və məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunmuş bir sıra simpozium və layihələrdə iştirak edib.
Daha yeni sərgi əməkdaşlıqlarına 2014-cü ildə "Yarat"-ın təşkil etdiyi və Sabina Şıxlinskayanın kuratoru olduğu Milli İncəsənət Muzeyində sərgilənən "Muzeyə təcavüz" adlı layihədə "Neft borusu" adlı instalyasiyası daxildir. O, SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 20 illik yubileyi münasibətilə keçirilən "Art Energie - 20" sərgisində və Azərbaycan Milli İncəsənət Muzeyində "Art Rising"in açılış mərasimində iştirak edib.
2018-ci il dekabrın 17-də Bakı Müasir İncəsənət Mərkəzində onun "RUH" adlı sonuncu sərgisi açılıb.
2019-cu ildə o, Fransız ətir brendi Martin Micallef ilə "art kolleksiyası" seriyası üzərində işləməyə başladı. 2020-ci ilin iyun ayından etibarən rəssamın Martin Micallef və Ruh Zadeh adı altında ətir üzərindəki əl işinin məhdud sayda satışa çıxarılıb.
"Metamorfik bağlar:70/30" adlı sərgidə rəssam-heykəltaraş İbrahim Həsənovun 22 müasir heykəli və 28 rəngkarlıq əsəri, Ruhulla Həsənzadənin 30-35 ədəd rəngkarlıq nümunəsi nümayiş etdiriləcək. Sərgidə ümumilikdə 65-ə yaxın rəngkarlıq, 22 ədəd heykəltaraşlıq nümunəsi nümayiş etdiriləcək.
Ekspozisiyanın iş saatları: 16 - 19 dekabr, 10.00-dan 18.00-dək (giriş sərbəstdir)
Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cü mərtəbə)
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
-
Bu teatra Müslüm Maqomayevin adı veriləcək
-
Əməkdar incəsənət xadiminin məzarı dağılmış vəziyyətdədir - (Foto)
-
Bakıda axşam konsertləri davam edir - (Foto)
XƏBƏR LENTİ
-
Fransalı futbolçu Kastello Lukeba "Barselona"ya keçə bilər
-
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub
-
Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur
-
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Avropa çempionatı: Azərbaycanın voleybol millisi növbəti qələbəsini qazanıb
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
Avropa çempionatı: Belçika millisi Bakıdakı ikinci oyunda da qələbə qazanıb
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev





