Mədəniyyət

“HEYDƏR ƏLİYEV VƏ GƏNCƏ MƏDƏNİYYƏTİ” adli filmi təqdim edildi - FOTO

8 Dekabr 2023 19:17
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 7 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev və Gəncə mədəniyyəti" adlı filmi təqdim etdi.

İdeya müəllifi və rejissoru Ramil Qasımovun olduğu filmdə Ümummilli Liderin Gəncəylə bağlılığı, incəsənət xadimlərinin Heydər Əliyevlə bağlı xatirələri, həmçinin Gəncənin ictimai-siyasi, mədəni həyatında Heydər Əliyevin danılmaz xidmətləri əks olunub.

Qonaqlar əvvəlcə filarmoniyanın foyesində təşkil olunan Ümummili Lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Filmin təqdimatından sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Heydər Əliyevin sevdiyi əsərlərdən ibarət konsert proqramı təqdim edilib.

Gecədə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri və Gəncə ziyalıları iştirak ediblər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.