Mədəniyyət

“Azərbaycan Rəqs Kuboku” müsabiqəsi təşkil olunur - FOTO

8 Dekabr 2023 16:12
Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Gənclər İttifaqı" və "Azərbaycan Rəqs Assosiasiyası"nın birgə təşkilatçılığı ilə "Azərbaycan Rəqs Kuboku" müsabiqəsi təşkil olunur.

Müsabiqəmiz 10.12.2023 tarixində "Azərbaycan Teatr Xadimləri İttifaqının Tamaşa zalı"nda baş tutacaq.

Azərbaycan Rəqs Kuboku müsabiqəsində iştirakçılar müvafiq yaş qruplarına əsasən bölünəcəklər:

Körpələr (3-6 yaş)
Uşaqlar (7-10 yaş)
Yeniyetmələr (11-15 yaş)
Böyüklər (16-25 yaş)
Profi (25+ yaş)

Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Akrobatik rəqs, Showdance, Bollywood, Belly dance, Klassik Hind rəqsi, Cheer Dance, Klassik rəqs növləri üzrə solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış edəcəklər.

Bu mərhələdə müasir folklorun üzərində qurulmuş ən yaxşı rəqs performansları seçilərək ilin sonunda bir-birilə inanılmaz mübarizədə qarşılaşacaqlar. İlin qalibləri isə müəyyən olunmuş qiymətləndirmə meyarlarına əsasən, dəyərli münsiflərimiz olan Ülviyyə Həsənova, Rima Məmmədova, Fərhad Əliyev, Natavan Əliyeva, Fərid İbrahimov tərəfindən müəyyən olunacaq.

Məkan: Azərbaycan Teatr Xadimləri İttifaqının Tamaşa zalı

Tarix: 10.12.2023 saat 09.00

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.