“Leyli və Məcnun” operasında narazılıq - Açıqlama - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün növbəti dəfə nümayiş etdirilən "Leyli və Məcnun" operası tamaşaçıların narazılığına səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası təmirdə olduğundan səhnə əsəri Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında təqdim olunub.
Məsələ burasındadır ki, tamaşaçılar səhnədə Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər - Arzu Əliyeva və Təyyar Bayramovu gözləsələr də, başqa mənzərə ilə rastlaşıblar. Onların sözlərinə görə, bilet seçərkən iTicket.az-da adıçəkilən artistlərin səhnə alacaqlarını oxuyublar və bundan sonra ödəniş ediblər. Tamaşa başlayandan sonra isə həmin rolları tələbələrin ifa etdiyini görüblər. Bunu hörmətsizlik kimi qəbul edən tamaşaçılardan bir qismi hətta zalı tərk edib. Vətəndaşlar deyir ki, göstərilən aktyorların niyə səhnəyə çıxmadığını soruşduqda isə təşkilatçılar bunun reklam məqsədilə edildiyini açıqlayıblar.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə əlaqə saxladıq. Teatrdan saytımıza bildirildi ki, sosial şəbəkələrdə yazılanlar həqiqəti əks etdirmir: "Dünənki tamaşa repertuar üzrə nümayiş etdirilib. Tamaşadan öncə bütün sosial şəbəkə hesablarımız vasitəsilə baş rol ifaçıları və digər yaradıcı heyətin tərkibi ilə bağlı məlumat paylaşmışıq. Dünənki quruluşda yer alan Rəvanə Əmiraslanlı və Xəyal Hüseynov illərdir teatrımızda çalışırlar. Xəyalı şəxsən teatrın direktoru Yusif Eyvazov "Məcnun" obrazına seçib. Reklam məqsədilə aldadıcı afişa yaymağımız həqiqəti əks etdirmir. iTicket.az-da yer alan tamaşa isə yanvar ayı üçün nəzərdə tutulub. O tamaşada Xalq artisti Mənsum İbrahimov çıxış edəcək".
Problemlə bağlı adı hallanan Xalq artisti Mənsum İbrahimova da zəng etdik. Sənətkar "Qafqazinfo"ya bildirdi ki, ötən gün özü şəxsən operada tamaşaçı qismində iştirak edib: "Belə bir şey olduğunu indi eşitdim. Dünən orada idim. Tamaşaçılarla şəkil də çəkdirdim. Mənim iştirakımla olan tamaşa isə yanvarın 12-də olacaq. Ola bilsin, iTicket.az-da texniki səhv olub".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





