Bəzən bir ümid, bəzən göz yaşı... Filmlərimizin şah damarını tutan bəstəkar - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
500-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq","Çiçək yağışı","Limanda" kimi dillər əzbəri olan,ruhumuza özünəməxsus rahatlıq bəxş edən Emin Sabitoğlu.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhur bəstəkarın vəfatından 23 il keçir.
Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda görkəmli dramaturq Sabit Rəhmanın ailəsində anadan olub. Balaca Eminin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Dövrünün bir çox ədiblərin övladları kimi o da xüsusi musiqi məktəbində təhsil aldı. Fitri istedadı, ürəyindəki duyğuları notlara köçürmək Emin Sabitoğlu üçün heç də çətin olmadı. Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərində iştirak edir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək məşhur professor Y.Şaporinin sinfi üzrə bitirir. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Bəstəkarın teatr və kino yaradıcılığında mahnı, estrada, simfoniya janrları məhartlə yer alıb. Elə buna görədir ki Emin Sabitoğlu sevilən mahnıları ilə yanaşı, teart və kino sahəsində də dillər əzbəri olan əsərlər yaradıb. Azərbaycan filmlərinin şah damarı sayılan musiqiləri məhz Emin Sabitoğlu imzasına məxsusdur.
O fərqli idi, ruhu, həyata baxışı, sevgisi də bir başqa idi. Çox az bəstəkar tapılar ki, mahnılarında melodiya ilə mətn arasında xüsusi bir harmoniya, bağlılıq olsun. Emin Sabitoğlu, bax o nadir bəstəkarlardan birincisi idi.
Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi sənətkarların repertuarında mühüm yer tutub.
Mahnılarında payıza tez-tez müraciət edib Emin Sabitoğlu. Bu da səbəbsiz deyil, payızda doğulan bəstəkar bu fəsli çox sevirdi. Taleyin işinə bax ki, elə çox sevdiyi payızın 18-ci günü həyatla əbədilik vidalaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





