Mədəniyyət

“Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Dövlət Xor Kapellasının konserti keçirilib - FOTO

4 Noyabr 2023 12:34
Baxış: 606
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kamera və Orqan Musiqisi Zalının səhnəsində  8 Noyabr "Zəfər günü"nə həsr olunmuş "Zəfər" Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının  konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Nərmin Rzayeva, Elxan Niftiyevin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt,  Respublika və beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəylinin "Ey vətən", "Milli marş", Cavanşir Quliyevin "Zirvə", Fikrət Əmirovun "Azərbaycan elləri", Şahin Musaoğlunun "Cənab leytenant", Aydın Ağasıyevin "El oğlu", Elnarə Dadaşovanın "Alqış qeyrətinə", Rizvan Sədirxanovun "Türkiyə - Azərbaycan", Aqşin Əlizadə "Ana torpaq", Elza İbrahimovanın "Ey vətən", Vasif Adıgözəlovun "Bakı", Tofiq Quliyevin "Azərbaycan", Müslüm Maqomayevin "Odlar yurdu" və Qara Qarayevin "Bayrağımızdır" əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.