Mədəniyyət

"Azərbaycanca-ingiliscə izahlı hüquq lüğəti" çap olunub

8 May 2012 12:18
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ali Məhkəmədən Milli.Az-a verilən məlumata görə, "Azərbaycanca-ingiliscə izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 minədək söz və söz birləşməsini özündə əks etdirən bu lüğət hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyətilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.

Lüğətdə qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb. Lüğətin fərqləndirici cəhətlərindən biri də odur ki, burada yalnız hüquqi xarakter daşıyan söz və ifadələrə deyil, həm də işgüzar məktubların, şikayətlərin, ərizələrin və s. tərtibi zamanı istifadə olunan terminlərə də geniş yer verilib.

Məlumat üçün qeyd etməliyik ki, sözügedən nəşr eyni zamanda azərbaycanca-ingiliscə tərtib olunduğundan yenilikdir, bu sahədə ilkdir, çünki burada sözlərin həm azərbaycanca, həm də ingiliscə izahları verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.