YARAT ARTIM Layihə Məkanında “Müqəssir zövq” adlı qrup sərgisini təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Məkanı, gənc Azərbaycan rəssamları - Ağaəli Sədirli və Nailə Dadaş-zadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və "Kobranın ölüm rəqsi"-nin iştirakı ilə ARTIM Layihə Məkanında "Guilty Pleasure" ("Müqəssir zövq") adlı qrup sərgisini təqdim edib.
Açılış: 1 iyun, 19:00
Məkan: ARTIM Layihə Məkanı
Sərginin müddəti: 1 iyun - 3 sentyabr
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
"Guilty Pleasure" - sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi - "kitç" (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, "ənənəvi zövq" və "orijinallıq" anlayışlarını şübhə altına qoyur.
Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, "şişirdilmiş sentimentallıq", "ani emosional məmnunluq" və "səysiz istehlak" anlayışlarını ironik tərzdə önə çıxarır.
"Guilty Pleasure" təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri "o qədər pisdir ki, yaxşıdır" paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya, zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü "məqbul və ya arzuolunan" kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir.
"Guilty Pleasure" sərgisinin başlıca məqsədi estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, "pop" mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək və qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən və oynaq olmağa sövq etməkdir.
Məkan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Keçirilmə tarixləri: 1 iyun - 3 sentyabr
Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar günü, 12:00 - 20:00
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Bakıda açıq səma altında Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş möhtəşəm gecə keçirilib - (Foto)
-
Mobil Əhmədovun 95 illik yubileyinə həsr olunmuş “Ustadımın yolu ilə” konsert proqramı təqdim olunacaq - (Video)
XƏBƏR LENTİ
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
“Neftçi” “İmişli”yə qarşı - Premyer Liqada V tura start verilir
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər
-
Dünya bazarında neft bahalaşdı
-
Nadir albinos puma yenidən diqqət mərkəzində – (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Bu ərazilərdə 3 saatlıq işıq kəsiləcək
-
Quba-Xınalıq yolu çökdü
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
-
Qazaxda evlərin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - (Video)
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?





