Mədəniyyət

Sabahdan əcnəbilərin qoruq və muzeylərə giriş qiyməti dəyişəcək - QİYMƏTLƏR

31 May 2023 21:19
Baxış: 1 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qoruqları İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, sabahdan xarici ölkə vətəndaşları üçün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq qoruğu, "Yuxarı Baş" Milli Tarix-Memarlıq qoruğu, "Kiş" Tarix-Memarlıq qoruğu və "Diri Baba" türbəsinə giriş qiyməti əcnəbilər üçün 9 AZN təyin edilib.

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə 15 AZN olacaq.

Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən - 2 AZN olaraq qalır. Qoruqlara giriş yerli tələbələr üçün 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.