Mədəniyyət

Məşhur aktyor nə üçün əyalət teatrına getdi? - AÇIQLAMA

31 Mart 2023 21:16
Baxış: 1 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəngarəng obrazları ilə sevilən məşhur aktyor Natiq Fərzəliyev Mingəçevir Dövlət Dram Teatrında işə başlayıb.

Milli.Az bildirir ki, bu barədə lent.az-a aktyor özü məlumat verib.

O bildirib ki, Gənc Tamaşaçılar Teatrında işinə davam etməklə Mingəçevir Teatrında da fəaliyyət göstərəcək.

"Artıq Mingəçevirdəyəm. Bir tamaşanı təhvil vermişik. Xalq artisti Valeh Kərimovun quruluş verdiyi tamaşada oynamışam.

Təklif etdiyim bir əsər qəbul edilib, onun məşqlərindəyəm. Hələlik bu əsər barədə geniş məlumat vermək istəmirəm. Tamaşanın əmri verilsin, ilk sizə məlumat verəcəm. Bakıda tamaşalarda rol aldıqca gedib oynayacam.  Ora daimi iş yerimdir, bura gəlişimə etiraz etmədilər. Hər iki teatrda  işə davam edəcəm", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.