Mədəniyyət

Ayıbdır, analoqu olmayan bir hadisədir bu - Şəfiqə Məmmədova QALMAQALI BÖYÜYÜR

24 Dekabr 2022 13:40
Baxış: 24 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə Xalq artisti Şəfiqə Məmmədovanın yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri seçilməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

Milli.Az xəbər verir ki, bu xəbərdən sonra ARKİ üzvləri arasında gərginlik yaşandığı bildirilir.

Məlum olub ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün ARKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də ARKİ üzvləri Xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.

Milli.Az məsələ ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyevlə əlaqə saxlayıb:

"Mənə ünvanladığınız suallarla bağlı bildirirəm ki, ARKİ-də (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı) sədrin seçkisi ilə bağlı məlumatı mətbuata mən verməmişəm, xəbərim yoxdur. Mən hazırda məzuniyyətdəyəm".

Xalq artisti Ramiz Məlik isə Milli.Az-a açıqlamasında böyük qalmaqala səbəb olan bu hadisə ilə bağlı səs-küy yaradacaq açıqlamaları ilə yadda qaldı:

"Birincisi mən 1972-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm - Rəhmətlik Həsən Seyidbəylinin, rəhmətlik Rüstəm İbrahimbəyovun da üzvü olduqları Kinematoqrafiyanın. Amma bu kinematoqrafiyaya müraciət etsəm də, müraciətim havada qaldı. Sonra dedim ki, mənə heç bu lazım deyil. Kimə lazımdır kinosu olmayan iki dənə Kinematoqrafiya?! 

Nə olub bəyəm, "kreslo" davasıdır? Birləşin də, onsuz da kino yoxdur. İndi nəyi təbliğ edirsiniz? 

Şəfiqə Məmmədovanı başa düşürəm. Hər insanın qəlbində arzusu, istəyi var. Amma anlaya bilmirəm ki, bu "kreslodan" niyə belə yapışıblar?! İttifaqı nə verib axı insanlara? Sənət var, sənətdə öz sözünü deyən sənətkar var.

İttifaqlar o vaxtla SSRİ ideologiyasının bir qurumu idi. O vaxt bu ittifaq sənət adamlarını, sənətkarları bir araya yığmaq üçün yaradılmışdı. Amma indi nə işlə məğul olurlar? Hanı sənin kinon, hansı sənin sənətkarların, hanı operatorların? 

Onlar hansı bir adama kino işində bir əl uzadıblar?! Şəfiqə Məmmədovanın özü-özünü sədr elan etməsi məsələsində Şeyx Əbdüllə tamamilə razıyam. Qurultay əvəzinə tədbir keçirib, özünü sədr elan edib. Hə, elan et də! Artıq yaşın 80-i haqlayıb. Ayıbdır, analoqu olmayan bir vəziyyətdir. Gülməlidir e, doğrudan gülməlidir. Bu nə deməkdir? Şəfiqə Məmmədova görkəmli aktirsadır, istər teatrda, istər kinoda, vəssalam-şüttamam!".

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə sözügedən qalmaqallı iclasda rəsmi qurumlardan - Mədəniyyət nazirliyindən kimsə təmsil olunmayıb.

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.