Tarzən Arslan Növrəslinin böyük konsert turnesi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan musiqisinin təbliği yolundayorulmadançalışan,dünya səhnələrini fəth etmiş tarzən Arslan Növrəsli 2022 -ci ilin noyabr -dekabr aylarında silsiləkonsertlərlə Amerika və Türkiyə səhnələrindəçıxış edəcəkdir. Amerikanın Washington, Oklahoma və New York kimi mərkəzlərində, Türkiyənin İstanbul və Ankara şəhərlərində ifası gözlənilən tarzən Azərbaycan və xarici bəstəkarların əsərlərini, jazz və milli janrlı kompozisiyaları öz repertuarına daxil etmişdir.
Xüsusi məqamlardan biri kimi, keçiriləcək hər konsertin fərqli repertuarlı və fərqli ansambl tərkibli olması vurğulanmalıdır. Eyni zamanda, hər tədbirin xüsusi keçirilmə səbəbi də vardır.
Azərbaycan və Amerika munasibətlərinin 30 illiyi, bu dövlətlər arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin yaradıcılıq bağları ilə də əlaqələnməsi, Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinin ölkə başçısının sərəncamı ilə qeyd olunması, CSO ADA Ankarakonsert salonundan Arslan Növrəsli adına xüsusi dəvətləkeçiriləcək tədbirlər planı bu yaradıcı səyahətin əsas dayaq nöqtələridir. Bunlarla yanaşı, ifaçının çıxış edəcəyi hər şəhərdə ustad dərslərinin də keçirilməsi nəzərdə tutulmuşdur.
Arslan Növrəslinin konsertlərdə səhnə bölüşəcəyi musiqiçi dostları sırasında Azərbaycanın dəyərli və professional ifaçıları ilə yanaşı, Amerika musiqiçilərinin olacağı da maraqlı məqamlardandır. Azərbaycan Respublikasının Əməkdar artisti, pianoçu Nərgiz Əliyeva, kamança ifaçısı Elnur Mikayılov Azərbaycan folkloru və bəstəkar yaradıcılığının təbliğinə köklənmiş konsertdə, pianoçu Nicat Aslanov, Azərbaycan Respublikasının Əməkdar artisti, bass ifaçısı Ruslan Hüseynov və zərb alətləri ifaçısı Elvin Bəşirov jazz band tərkibi ilə tarzəni müşayiət edəcəklər.
Arslan Növrəslinin solo layihələrində diqqət ayırılan vacib məqamlarından biri Azərbaycan musiqisini təkcə ifa ilə deyil, həm də "sözlə təbliğ" etməyi qarşıya məqsəd qoymaqdır. Belə ki, artıq dünyanın bir sıra konsert salonlarında "Azərbaycan musiqisinin sözdə və musiqidə təbliği" şüarı bu dəfəki konsertlər silsiləsinin də əsas məqamlarındandır. Konsertlərin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsliyə məxsusdur. O, həmçinin, Ankarada keçiriləcək milli musiqimizin təbliğinə, Azərbaycanda tar aləti ifaçılığının təkamülü və tarzən Arslan Növrəslinin ifaçılıq prinsiplərinin müzakirəsinə həsr olunacaq "dəyirmi masanın" da təşkilatçısı və çıxışçısıdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
Əfv sərəncamının icrasına başlanılıb
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu





