Mədəniyyət

Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradıldı

17 Oktyabr 2022 17:34
Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Sənədə əsasən, qərara alınır ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.