Mədəniyyət

Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətiriləcək

10 Oktyabr 2022 17:24
Baxış: 2 163
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış bəstəkar, dramaturq, publisist və şairə, Azərbaycanın Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vəfatı ilə əlaqədar onun Honkonqda yaşayan qızı Canana xanımla əlaqə saxladıq və Ruhəngiz xanımın nəşinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsi olaraq bütün lazım olan köməyi göstərməyə hazır olduğumuzu bildirdik.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı məlumat yayıb.

Onun sözlərinə görə, mərhumun qızı bildirib ki, bütün prosedurlar mərhələli şəkildə həyata keçirilir və bir-iki günə yola çıxmağı düşünürlər.

Canana xanım heç bir köməyə ehtiyac olmadığını da bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Qasımova 82 yaşında Honkonqda vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.