Mədəniyyət

Timberleykin dünya turu Bakıdan keçdi - Konsert ölkəmizə nə qazandırdı?

28 İyul 2025 11:09
Baxış: 1 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünən Bakı beynəlxalq dünya mədəniyyət sahəsinin diqqət mərkəzində oldu.

Dünyaca məşhur pop ulduzu Castin Timberleyk "Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etdi.

Milli.Az xəbər verir ki, Timberleykin Bakı Olimpiya Stadionunda verdiyi bu konsert sənətçinin ölkəmizə ilk səfəri olmaqla yanaşı, həm də böyük tamaşaçı kütləsini bir araya topladı.

Bəs bu konsert ölkəmizə nə qazandırdı? 

Konsert təkcə mədəni deyil, həm də turizm baxımından ciddi əhəmiyyət daşıdı. Rəsmi məlumata görə, Timberleykin çıxışı ilə əlaqədar Azərbaycana 25 minə yaxın xarici turist gəlib. Beynəlxalq tur şirkətləri konsert üçün xüsusi paketlər təklif edib. Bu paketlər yalnız tədbirə giriş deyil, eyni zamanda Bakının görməli yerlərinə ekskursiyaları da əhatə edirdi. Bu da Bakı üçün turizm sahəsində iqtisadi artım deməkdir. 

Tamaşaçılar arasında müxtəlif ölkələrdən gələn fanatlar, yerli musiqi sevərlər və bir sıra tanınmış simalar da yer alırdı. Ölkəmizə ən çox gələn turist isə Qazaxıstan vətəndaşları idi. Onlar sosial mediada "Baku is calling" adlı trend yaradıblar. Həmçinin, konsertdə evlilik təklifinə açıq olan xanım izləyicilərin yaddaşında maraqla qalıb. 

Konsertin əhatəsi o qədər geniş idi ki, ictimai nəqliyyatda əlavə tədbirlər görüldü. Bakı metrosu bu səbəblə iyulun 27-dən 28-nə keçən gecə iş saatı saat 02:00-a qədər uzadıldı, vətəndaşların rahat hərəkəti üçün bütün stansiyalar açıq saxlanıldı.

Qeyd edək ki, yerli və xarici medianın diqqətində olan tədbir sosial şəbəkələrdə də geniş əks-səda doğurdu.

Xatırladaq ki, Bakıda artıq bir neçə belə xarici məşhur ulduzlar konsert verib. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.