“Yeni adlar”ın layihə çərçivəsində beynəlxalq müsabiqələr laureatları Əziz Pənah və Nərmin Nəcəfli çıxış etdi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin "Yeni adlar" layihə çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirildi.
"Yeni adlar"ın budəfəki istedadları gənc musiqiçilər - Respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi.
Musiqiçiləri Bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orchestra müşayiət edirdi.
Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva "Yeni adlar" və "Mədəni gənclik" layihələri haqqında ümumi məlumat verdi.
Daha sonra konsert proqramı təqdim edildi. Gənclər F.Mendelsonun 10 nömrəli simfoniyası, D.Çimarozanın "Qoboy və orkestr üçün konsert"ini və F.Şopenin "Fortepiano və orkestr üçün 1 nömrəli konsert"ini məharətlə ifa etdilər.
Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.
Qeyd edək ki, konserti izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, başqa mədəniyyət və incəsənət xadimləri də vardı. Eyni zamanda Mədəniyyət Nazirliyinin "Mədəni gənclik" layihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri də konserti izləməyə təşrif buyurmuşdular.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
-
Rusiya ordusunun itkiləri açıqlandı
-
Maaşınız bu məbləğdən çoxdursa, verginiz dəyişəcək - Yeni qayda
-
Almatıda zəlzələ oldu
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
“JOY Tour” işi: sahibkarın təsisçi kimi məsuliyyəti niyə faktiki idarəetmə ilə eyniləşdirilir? - (Foto)
-
Həftənin şanslı bürcləri: Gözlənilməz dəyişikliklər onları gözləyir
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
"Brent" bahalaşdı
-
Hakimiyyət üçün münasibəti dərhal bitirən 5 bürc
-
Bakı-Quba yolunun Sumqayıt hissəsində işıq dirəkləri işləmir - (Video)
-
Təyyarələrdə buna görə soyuq olur
-
Bu içki qaraciyəri qoruyurmuş
-
Səhər yeməyində buna diqqət edin!
-
Qorxulu yuxuların səbəbi
-
Pul deyil, bunlarla varlanırdılar: Qızıldan baha olan 5 məhsul
-
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?





