Mədəniyyət

Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq

3 Fevral 2022 15:39
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Qarabağla bağlı döyüş filminin istehsalına başlanılacaq.

Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, hazırda ssenari üzərində iş gedir. İstənilən tammetrajlı bədii film layihəsini hazırlamaq müəyyən vaxt tələb edir.

"Əgər bu real faktlar və yaxın tarix haqqında filmdirsə, burada daha ciddi və məsuliyyətli prosesdən söhbət gedir. Hazırda ssenari yazılışı prosesində müharibə ilə bağlı məlumatlar, hekayələr toplanır, emal olunur. Yəni, işin daha mükəmməl olması bir az vaxt tələb edir. Qeyd edək ki, bu il ərzində sözügedən filmin ssenarisinin hazırlanması, hazırlıq prosesinin aparılması və çəkilişinə başlanılması nəzərdə tutulub.", - deyə əlavə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.