Hadisə, Kriminal

Xəstəxana işçisi aylarla pasiyentlərə işgəncə edib və görüntülərini çəkib - VİDEO

24 Sentyabr 2021 12:20
0 Şərh     Baxış: 1 483
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pakistanın Lahor şəhərindəki ən böyük xəstəxanasının təhlükəsizlik xidmətinin rəhbəri Zohaib Malik pasiyentlərə işgəncə edib və bunu videoya çəkib. Kadrlar hüquq mühafizəçilərinin əlinə keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, oğurluqda şübhəli bildiyi və ya pis davranış göstərən insanları döymək, əziyyət verməklə "cəzalandırıb".

İşgəncələrin ən az üç ay əvvəl başladığı düşünülür. İşgəncə otağı kimi konfrans zalı istifadə edilib, işgəncələr lentə alınıb.

Polis hesab edir ki,video ya hesabat, ya da əyləncə məqsədiylə çəkilib.

Malik işdən uzaqlaşdırılıb və həbs edildi. Xəstəxana müdiri hadisəni araşdırmaq üçün komitə yaradıldığını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.