Hadisə, Kriminal

Rəfiqəsini qorxutmaq istəyərkən həyatını itirdi

10 Sentyabr 2021 10:08
0 Şərh     Baxış: 1 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnoyarsk şəhərində yeniyetmənin öz ölümünü səhnələşdirmək istəyi faciə ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, 13 yaşlı məktəbli rəfiqəsini qorxutmaq üçün ölüm səhnəsi yaratmaq istəyib. O, yoldaşı ilə Sverdlovsk rayonunda meşəyə gedib.

Burada oğlan qızın "ölü vəziyyətdə" şəklini çəkməli idi. Amma onun həqiqi ölümünün şahidi olur və heç bir kömək edə bilmir.

Hadisə araşdırılır. İlkin məlumata görə, qızların arasında münaqişə olub.

Ölən qızın varlı ailədən olduğu, yaxşı şəraitdə yaşadığı, intihara meylli olmadığı, eləcə də psixoloji problemlərinin olmadığı iddia edilir.

Yeniyetmənin ölümünün hansı formada baş verdiyi açıqlanmır. Hüquq-mühafizə orqanları hadisəyə rəsmi şərh verməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.