Hadisə, Kriminal

Sərxoş müdirinin avtomobilinə minən işçi zorlandı - FOTO

2 Sentyabr 2021 00:33
0 Şərh     Baxış: 16 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda sənaye şirkətində təlimatçı işləyən Funda T. müdiri Kamal A. barəsində məhkəmə iddiası qaldırıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qadın sərxoş olan müdrinin israrla ona təcavüz etdiyini iddia edib. Bildirib ki, sertifikat aldıqdan sonra iş yerində keçirilən şənliyə spirtli içki içmədiyindən qatılmaq istəməyib. Lakin müdirin israrından sonra buna razılaşıb.

Şənliyə qatılan Funda T. burada spirtli içki qəbul edib. Sərxoş gənc qadın evə getmək istəyəndə müdir ona evə aparacağına söz versə də, öz ofisinə aparıb. İddiaya görə, özünü müdafiə edə bilmək iqtidarında olmayan gənc qadına təcavüz edib. Funda da vəkili vasitəsi ilə təcavüz maddəsi üzrə şikayət edib. "Hadisədən sonra müdirimin yanına gedəndə mənə dedi ki, "Vegasda baş verənlər Vegasda qalır". Şirkətin İzmirdəki qərargahına getdim və baş verənləri digər müdirlərə də dedim. "Bura Türkiyədir, iddia açsanız heç bir şey olmayacaq" dedilər" deyə qadın başına gələnlərdən danışıb.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.