Hadisə, Kriminal

Azərbaycanlı gənc iş adamını öldürdü - Rusiyada DƏHŞƏTLİ qətl

9 Avqust 2021 14:22
0 Şərh     Baxış: 3 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur.  

Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb.

Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş.

O, mərhumun üzərindən 5 milyon rublu ( təxmini 117 min manat ) götürərək aradan çıxıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.