Hadisə, Kriminal

İnternetdə tanış olduğu oğlanın evinə gedən qız zorlandı - "Səni hüquq fakultəsinə düzəldəcəm..."

6 Avqust 2021 02:02
0 Şərh     Baxış: 5 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adanada hüquq fakültəsinin tələbəsi olmaq arzusunda olan 21 yaşlı gənc qadının arzusu ürəyində qalıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qadını sosial mediada tanış olduğu şəxs aldadaraq zorlayıb. "Mərmərə Hüquq Məktəbində dostlarım var, səni ora düzəldərəm" deyə evinə dəvət edib. Özü ilə gələndə bəzi sənədlər gətirməyi də istəyib. Evə girəndə şəkillərini çəkib, sonra isə qəfil onu zorla öpməyə başlayıb. Qızın etirazı üzərinə boğazına şapalaq vuraraq onu dəfələrlə zorlayıb. Sonra da videoda istədiyi bəzi sözləri söyləməyə məcbur edib və sonra deyib: "Səni heç bir şeyə məcbur etmədiyimə dair sübutlarım var. İndi evdən çıxa bilərsən".

Evdən çıxan gənc qadın polisə şikayət edib. Şübhəli isə bütün ittihamları rədd edib.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.