Hadisə, Kriminal

Tarix müəllimi yanına hazırlığa gələn şagirdini zorlayıb

24 İyul 2021 14:48
0 Şərh     Baxış: 5 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Quriya bölgəsinin Çoxatauri rayonunda məktəbliyə qarşı cinsi istismar həyata keçirməkdə ittiham edilən 64 yaşlı müəllim həbs edilib.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, məktəblinin qohumları istismara məruz qalan gənc qızın 18 yaşında olduğunu deyiblər.

Qohumlarının məlumatına əsasən, gənc qız 64 yaşlı müəllimin yanına tarix fənnindən hazırlığa gedirmiş.

Məlumata görə, 64 yaşlı müəllim şagirdinə qarşı cinsi istismar həyata keçirdiyi zaman sərxoş vəziyyətdə olub.

Saxlanılan 64 yaşlı müəllim və onun ailəsi isə ittihamı qəbul etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.