Balıkəsirin (Türkiyə) Altıneylül mahalında S.A. adlı şəxs düşmənçilik etdiyi şəxsin övladının sünnət toyuna basqın edib.
Milli.Az haberturk-ə istinadən xəbər verir ki, alkoqol təsiri altında olan şəxs 3 yaşlı K.D. və E.G-nu güllələyib, 8 nəfər-i yaralayıb. Yaralılardan K.D. və E.G-nü həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. 8 yaralının isə müalicəsinin davam etdiyi öyrənilib. Polis qrupları hadisə yerində və xəstəxanada geniş təhlükəsizlik tədbirləri alıb.
Kamran Seyidov
Milli.Az