Hadisə, Kriminal

"Haqqınızı halal edin" - Əri tərəfindən güllələnən qadın qanı ilə döşəməyə bu sözləri yazdı - FOTO

23 İyun 2021 12:49
0 Şərh     Baxış: 3 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda həyat yoldaşı tərəfindən ayrılmaq istədiyi üçün gülləbaran edilən Nurtaç Cananla bağlı yaşanan olay hər kəsi heyrətə salıb.

Milli.Az milliyyet-ə istinadən xəbər verir ki, 23 illik evliliyi dövründə Ragıp Cananın şiddətinə məruz qalan Nurtaç boşanmaq istərkən aralarında mübahisə yaranıb. Arvadına silahla atəş açan ər sonra hadisə yerindən qaçıb. Hərəkət edə bilməyən Nurtaç Canan yerə qanla "Valideynlərim, haqqınızı halal edin. Kədərlənməyin. Ragıp məni vurdu. Lakin sağ qaldım" yazıb. O gecə Nurtaç Canan "Məni evin künc otağına sürüklədi. Əlimdən tutdu. Nə olacağını anladım və ümidsiz şəkildə yalvardım - bu evdə etmə, xahiş edirəm məni öldürmə. Lakin mənə beş dəfə atəş açdı. Yerə yıxıldığımda hələ də atəş açırdı" deyib. Şübhəli Ragıp Canan barəsində "qəsdən öldürməyə cəhd" ittihamı ilə cinayət işi qaldırılıb.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.