Hadisə

Skuter qəzasında ölən Ülviyyə peşəkar idmançı imiş - VİDEO

31 İyul 2025 14:10
Baxış: 1 370
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.

Milli.Az xəbər verir ki, 99-RN-005 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş.

"Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıb.

Qeyd edək ki, skuterlə hərəkət edən Ü.Əhmədova hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./qafqazinfo.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.