İstanbulda yuduğu paltarları qaldığı binanın damından asan qadın maraqlı bir hadisə ilə üzləşib.
Milli.Az haberler.com-a istinadən xəbər verir ki, bir müddət sonra 36 yaşlı qadın görüb ki, özünün və qızının paltarları yoxa çıxıb. Bu səbəbdən də dama kamera quraşdıran qadın paltarları ərinin qohumu tərəfindən oğurlandığını müəyyənləşdirib. Haqqında cinayət işi açılan 27 yaşlı şəxs cinsi həyat tərzi sürə bilmədiyini bildirərək özünü təmizə çıxarmağa cəhd göstərib.
Milli.Az