Hadisə, Kriminal

Solaryum mərkəzində dəhşət - Kabinədən cəsəd çıxdı

28 May 2021 16:56
Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyada solaryum mərkəzində baş verən hadisə bütün ölkəni şoka salıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bronzlaşma salonuna gedən şəxs müştəri kabinəsində cəsədə rast gəlib.

Sözügedən şəxs 50 yaşlı müştəriyə ilk tibbi yardım göstərsə də, nəticəsi olmayıb.

Polisin verdiyi məlumata görə, müştəri saat 14:30-da solaryum salonuna girib və kabinələrdən birinin dolu olduğunu görüb. Sözügedən kabinənin saat 16:45-də hələ də bağlı olduğunu görən müştəri bundan şübhələnib və kabini açıb.

Talehsiz qadın müştərinin müdaxiləsinə və hadisə yerinə gələn həkim qruplarının səylərinə baxmayaraq xilas ola bilməyib. Qadının tapılmadan öncə öldüyü açıqlanır. Cəsəddə heç bir təcavüz izi olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.