Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Kamran B.Ə" MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İş üzrə şirkətin vəzifəli şəxsləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov Qerman İsmayıl oğlu, Nağıyev Rüfət Qarabala oğlu və Əliyev Süleyman Adil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxslər tərəfindən tikintisi başa çatdırılmamış binada 96 mənzilin ümumilikdə təxminən 300 vətəndaşa təkrar satılması, mənzil satışından əldə olunmuş 4.623.331 manat məbləğində pulun isə dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən olunub.
Binanın tikintisini hazırda davam etdirən "Şaiq" MTK şirkəti ilə təxminən 100-dək zərərçəkmiş şəxslə bağlanmış yeni müqavilələr əsasında sonuncuların pozulmuş hüquqları bərpa edilib. Eyni zamanda, cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi və gələcəkdə qanunla nəzərdə tutulmuş əmlak müsadirəsinin təmin edilməsi məqsədilə təqsirləndirilən şəxslərə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilərək məhkəmə qərarı əsasında onların üzərinə həbs qoyulub.
Həmçinin "Şaiq" MTK və "Orxan" MMC-nin fəaliyyətində vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılmasına dair məhkəmə qərarı icraya yönəldilib. Göstərilənlərlə yanaşı, cinayətin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq "Şaiq" MTK-nın satış üzrə meneceri Bağırov Elçin Kərəm oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda da cinayətdə iştirakı ehtimal edilən şəxslərin və təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ötən gün zərərçəkmiş şəxslərin bir qismi Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək şikayət və müraciətləri dinlənilib, istintaqın gedişi və görülmüş işlər barədə onlara ətraflı məlumat verilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir və görülmüş tədbirlər barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Milli.Az
Hadisə, Kriminal
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda 90 mənzili 300 vətəndaşa satmış tikinti şirkəti ilə bağlı məlumat yayıldı
25 Yanvar 2012 11:56
0 Şərh
Baxış: 2 691

XƏBƏR LENTİ
-
Tiktokda başlayan EŞQ: Bakıda evli kişi qadının başına oyun açdı
-
Dünyanın ən varlı müğənnisi nişanlandı - FOTO
-
Kürdəmirdə ağır qəza - ölən və xəsarət alan var - YENİLƏNİB - FOTO
-
Yevlaxda 66 yaşlı kişi bıçaqlandı - Qazi oğlu saxlanıldı
-
“iPhone 17” bu tarixdə təqdim ediləcək
-
Kəlbəcərdə partlayış, xəsarət alanlar var
-
Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Ayrılıq səbəbi bu imiş - FOTO
-
Azərbaycanda tələbə adını qazanan ən yaşlı şəxs MƏLUM OLDU
-
Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi əyləncə tədbirləri ilə bağlı paylaşım edib - VİDEO
-
Millinin qapıçısı ölkə xaricinə yollanır
-
Zelenski-Putin görüşü Türkiyədə keçirilə bilər
-
Rafael Fiziyev: "Pis adam olmağı xoşlayıram"
-
Boğaz ağrısı zamanı uzaq durmalı olduğunuz qidalar
-
Bakı klassik və müasir rəqs ritmində – bir anda üç möhtəşəm dünya hadisəsi – PODKAST - VİDEO
-
Putindən yeni qərar - Səlahiyyət müddətini uzatdı
-
Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər - VİDEO - FOTO
-
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə veriblər - FOTO
-
Azərbaycanda toy FACİƏYƏ çevrildi: Çox sayda yaralı var - YENİLƏNİB
-
Bakıda evin həyətindən meyit tapıldı
-
Bakının bu əraziləri qazsız qalacaq
-
Cəlilabadda 5 avtomobil toqquşdu - yaralılar var
-
DİM: 30 minə yaxın abituriyent ödənişli əsaslarla təhsil alacaq
-
Ali məktəblərə nə qədər boş yer qalıb? - DİM açıqladı